Polşada Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
|
|
AgahMedia.Com informasiya portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, Polşada yaşayan azərbaycanlıların “Birlik” Cəmiyyətinin təşkilatçılığı ilə Varşavada Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov çıxış edərək Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünün qeyd olunmasını böyük hadisə adlandırmışdır. 1991-ci ildə müstəqilliyinin bəyan etmiş Azərbaycan Respublikasının müxtəlif çətinliklərlə üzləşdiyini qeyd edən diplomat ən ağır zərbənin Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğalı olduğunu bildirmişdir. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır və keşməkeşli olduğunu söyləylən səfir 1993-cü ilə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın stabil inkişaf etməyə başladığını vurğulamışdır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin prezidentliyi müddətində Azərbaycanın daha böyük nailiyyətlər qazandığını, ölkəmizin Avropaya inteqrasiya olunduğunu qeyd edən diplomat daha sonra Azərbaycan-Polşa münasibətlərinə də toxunmuş və iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bildirmişdir. Polşada nəşr edilməyə başlayan “Azərbaycan” jurnalını müstəqilliyin 20-ci ildönümünün qeyd olunduğu günə böyük hədiyyə kimi dəyərləndirən Həsən Həsənov onu Azərbaycan diasporunun fəaliyyətinin ən parlaq nümunəsi kimi dəyərləndirmişdir.Polşada yaşayan azərbaycanlıların “Birlik” Cəmiyyətini sədri Nəbi İbadov çıxış etmişdir. Nəbi İbadov Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə toplaşanları təbrik etmişdir. O müstəqillik illərində Azərbaycanın sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz regionunun liderinə çevrildiyini qeyd etmişdir. Azərbaycanda gerçəkləşən iqtisadi islahatlar, bərqərar olunmuş siyasi sabitlik sayəsində ölkənin investisiya qoyuluşu baxımından cəlbedici ölkələrdən biri olduğunu qeyd edən diaspor lideri hazırda Azərbaycanın özünün xarici ölkələrə investisiya qoyuluşu həyata keçirdiyini bildirmişdir. Azərbaycanın bir sıra regional layihələrdə iştirak etdiyini qeyd edən Nəbi İbadov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin bərqərar olunmasında müstəsna rol oynadığını vurğulamışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan “Birlik” Cəmiyyətinin sədri Azərbaycan işğalçı Ermənistanın beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini kobud surətdə pozduğunu vurğulamışdır. Azərbaycan torpaqların azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini, Avropa Şurası, Avropa Birliyi kimi mötəbər təşkilatların, dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını önə çəkərək Azərbaycan torpaqlarının işğalına son qoyulmasını tələb etmiş, Ermənistanın təcavüzkar kimi tanınmasına çağırmışdır. Sonda o bir daha Azərbaycan xalqının müstəqillik günü münasibətilə təbrik etmişdir.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
