Home » Biznes sfera və iqtisadiyyat, İdman, Ümumi » Planetin ən varlı futbolçularının siyahısında Devid Bekhem liderdir

Planetin ən varlı futbolçularının siyahısında Devid Bekhem liderdir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Devid_Bekhem

Fransanın “Paris Saint-Germain” klubunda çıxış edən britaniyalı Devid Bekhem planetin ən varlı futbolçuları siyahısına başçılıq edir. Goal.com saytının versiyasına görə, futbolçunun varidatı 261 milyon dollar təşkil edir. AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Devid Bekhem bu sıralamada iki digər ulduzu qabağlayıb – Lionell Messi (Barselona) və Cristiano Ronaldonu (Real).
Messinin var-dövləti 172 mln dollar, Ronaldonunku isə 167 mln dollar təşkil edir.
Dördüncü yerdə Realın oyunçusu Kaka durur, onun 99 mln dolları var.
Varlı futbolçuların siyahısında braziliyalı Ronaldinho ( Atletico Mineiro) 5-ci yerdə gedir. Onun 94 milyonu var.
Mahaçqalanın Anji klubunun oyunçusu Samuel Etonun 78 mln dolları var. O, bu sıralamada 6-cı yerdədir.
İlk onluğa daha 4 ulduz futbolçu daxildir: 7. Wayne Rooney – 74,5 mln.dollar, 8. Zlatan Ibrahimovic – 70 mln.dollar, 9. Rivaldo – 68 mln.dollar, 10. Rio Ferdinand – 63 mln.dollar.
Bu reytinq tərtib edilərkən hər bir futbolçunun maaşı, bonusları, reklam kontraktları və müxtəlif aktivləri nəzərə alınıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*