Home
» Beynəlxalq, Ümumi » Piter Semnebi: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin həddən artıq uzanması region və regiona qonşu ölkələr üçün təhlükə törədir
Piter Semnebi: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin həddən artıq uzanması region və regiona qonşu ölkələr üçün təhlükə törədir
|
|
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi “Kommersant” qəzetinə müsahibədə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi həddən artıq uzanır və region üçün, regiona qonşu ölkələr üçün təhlükə törədir: “Dağlıq Qarabağ münaqişəsinin 40 il ərzində həll edilməməsi faciəvi hal olardı”. Onun sözlərinə görə, münaqişəni həll etmək üçün səyləri artırmaq lazımdır. “Son vaxtlar təmas xəttində atəşkəs rejiminin pozulması halları artıb. Atəşkəs rejimini gücləndirmək zəruridir. Atəşkəs əlbəttə ki, problemləri həll etmir, lakin o danışıqlar prosesinin normallaşdırılmasına yardım göstərir”. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Piter Semnebi Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətini artırmaq barədə sazişi şərh etmək istəməyib: “Bu, Rusiya və Ermənistanın öz daxili işidir. Bu məsələ əlbəttə ki bizi maraqlandırır. Nə Dağlıq Qarabağ münaqişəsinin, nə digər münaqişələrin hərbi yolla həllinə imkan vermək olmaz”.
Bu kontentin portalımızda yayınladığı tarix : 18/10/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
