Home » Şou biznes və Mədəniyyət, Ümumi » Oskar mükafatının 85-ci təqdimat mərasimi keçirildi

Oskar mükafatının 85-ci təqdimat mərasimi keçirildi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Oskar_mukafatiAgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, fevralın 24-də ABŞ-ın Los-Anceles şəhərində Amerika Kino Akademiyası 2012-ci ilin ən yaxşı filmləri və aktyorlarını müəyyənləşdirib. Artıq 85-ci dəfə təşkil edilən “Oskar” mükafatlandırma mərasimi Avstriya kinematoqrafçıları üçün xüsusilə əlamətdar olub.“Xarici dildə ən yaxşı film” nominasiyasında avstriyalı rejissor Mixael Hanekenin quruluş verdiyi “Amour” (“Sevgi”) filmi “Oskar” mükafatına layiq görülüb.
Avstriyalı aktyor Kristof Valts isə “Ən yaxşı köməkçi kişi rolu” nominasiyası üzrə Kventin Tarantinonun çəkdiyi “Django Unchained” (“Zəncirdən azad edilmiş Canqo”) filmində canlandırdığı doktor Kinq Şults obrazına görə “Oskar” mükafatı alıb.
2012-ci ilin “Ən yaxşı kino aktyoru” nominasiyasında ABŞ Prezidenti Avraam Linkoln rolunu oynayan Daniel Dey-Luis, “Ən yaxşı aktrisa” nominasiyasında isə “Sevdiyim oğlan dəlidir” filmində çəkilən Cennifer Lourens “Oskar” mükafatı alıblar.
Rejissor və aktyor Ben Afflekin quruluş verdiyi “Arqo” filmi builki qalada “Ən yaxşı film” nominasiyasında birinciliyi əldə edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*