Home » Şou biznes və Mədəniyyət, Ümumi » Oskar mükafatına namizəd “Xarici dildə ən yaxşı filmlər”in siyahısı məlum oldu

Oskar mükafatına namizəd “Xarici dildə ən yaxşı filmlər”in siyahısı məlum oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Oskar_mukafati

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Amerikanın kino akademiyası “Xarici dildə ən yaxşı film”lərin siyahısını açıqlayıb. “Oskar” mükafatına 9 ən yaxşı film təqdim edilib. Rusiyadan Karen Şahnazarovanın “Ağ pələng” adlı filmi həmin siyahıya düşməyib. Avstriyalı rejissor Mixael Hanekenin “Sevgi”, kanadalı Kim Nquyenanın “Müharibə kabusu”, Çilidən olan rejissor Pablo Larrainanın “Yox” filmi “Oskar”a iddialı kinolentlərdir. Bunlardan başqa, danimarkalı rejissor Nikolay Arselin “Kraliça romanı”, Erik Toledano (Fransa) “1+1”, Baltazar Коrmakurun (İslandiya) “Dərin uçurum”, Yoakim Ronninqin (Norveç) “Kon-Tiki”, Kristian Manqiu (Rumıniya) “Təpənin o tayında ” və Ursula Mayerin (İsveçrə) “Bacılar” adlı filmləri də həmin siyahıya düşüblər.
Nominantlar iki mərhələdə müəyyənləşdirilir. İlk mərhələdə münsiflər heyəti 71 xarici filmə baxıblar. Onlardan 9 film sınaqdan keçib. Bundan sonra isə jüri Los-Anceles və Nyu-Yorkda həmin seçilən filmlərə baxdıqdan sonra 4 filmi seçəcəklər.
Qalan 5 film isə digər kateqoriyalarda akademiyanın Beverli-Hillz qərargahındakı Samuel Qolduin teatrında elan olunacaqlar. Bu tədbir yanvarın 10-da Bakı vaxtı ilə saat 5:30-da keçiriləcək. Qızılı heykəllərin 85-ci təqdimolunma mərasimi fevarlın 24-də baş tutacaq. Tədbir dünyanın 225 ölkəsində canlı yayımlanacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*