Home » Sosial, Təhsil sektoru, Ümumi » Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri açıqlandı

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri açıqlandı

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il sentyabrın 2-də cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisastəhsili müəssisələrinə qəbul imtahanı keçirmişdir. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 10404 plan yerinə 35682 abituriyent sənəd vermişdi. Onlardan 34415 nəfəri imtahanda iştirak etmiş, 1192 abituriyent imtahana gəlməmişdir. AgahMedia.Com informasiya portalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən məlumatına görə, nəticələr sentyabrın 4-də saat 13:30-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilmişdir. (Bu linkdə http://www.tqdk.gov.az/net2012tex9)
Abituriyentlərdən 55 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunmuş və nəticələri ləğv olunmuşdur.
Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 20 nəfərin köçürməyə yol verdikləri aşkar edilmiş, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunmuşdur.
Abituriyentərdən 10215 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşlar.
Qəbul olanlar sentyabrın 5-dən 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*