Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Neft bahalaşmağa başladı

Neft bahalaşmağa başladı

Oil_sector

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, OPEK başçısının açıqlamasından sonra neft sürətlə bahalaşmağa başlayıb.
OPEK sədri Abdulla əl-Bədri bildirmişdi ki, neftin qiyməti bundan aşağı düşməyəcək.
OPEK başçısı həm də qeyd edib ki, yaxın günlərdə neft bahalaşmağa başlayacaq. Onun sözlərinə görə, sərmayə qoyuluşu lazımi səviyyədə olmazsa, üç-dörd ilə neftin barreli 200 dollara qalxa bilər.

Bu gün səhər bazarlar bu bəyanata reaksiya verib. Bakı vaxtı ilə səhər saat 9.40-da Brent neftinin barreli 0,08 dollar bahalaşaraq 48,24 dollara, Texas neftinin barreli isə 0,04 dollar bahalaşaraq barreli 45,19 dollara qalxıb.

Bununla belə, təhlilçilər bazara ciddi təsirin OPEK-in ilin ortasında hasilatın səviyyəsi ilə bağlı keçirəəcyi iclasdan sonra mümkün ola biləcəyini ehtimal edirlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*