Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Nazirlik bankı məhkəməyə verdi…

Nazirlik bankı məhkəməyə verdi…

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti lisenziyası ləğv edilmiş “Zaminbank” ASC-ni məhkəməyə verib.
AgahMedia.Com informasiya portalının Report.Az resursuna istinadən məlumatına görə, dövlət xidməti kredit və ona hesablanmış faizlərin ödənilməsi barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan “Zaminbank” ASC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*