Home » Sosial, Təhsil sektoru, Ümumi » Nazir təhsil sistemindəki korrupsiya faktlarından danışdı, sərt formada ciddi reaksiya veriləcəyini bildirdi…

Nazir təhsil sistemindəki korrupsiya faktlarından danışdı, sərt formada ciddi reaksiya veriləcəyini bildirdi…

Təhsil Naziri Ceyhun Bayramov

Azərbaycanın Təhsil Naziri Ceyhun Bayramov

“Görülən işlər nəticəsində ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.”

AgahMedia.Com informasiya portalının Modern.Az saytına istinadən məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında deyib və bildirib ki, bu istiqamətdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir: “Görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisəsində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Eyni zamanda ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılı.”

Nazir deyib ki, müqavilələrinin müddəti sona çatan 80 məktəb rəhbəri barədə davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəb idarəetməsində bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: “Təəssüf ki, bu istiqamətdə hələ də pozuntu halları ilə rastlaşırıq. 2020-ci ildə də belə hallar olarsa, yenə də Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək.”

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*