Home » Diaspora, Ümumi » Nazim İbrahimov İsrailin turizm naziri Stas Misejnikovla görüşüb

Nazim İbrahimov İsrailin turizm naziri Stas Misejnikovla görüşüb

İsraildə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu ölkənin turizm naziri Stas Misejnikovla görüşüb.

Görüşdə Azərbaycanda mövcud olan tolerantlıqdan, Azərbaycan və yəhudi xalqları arasındakı dostluq münasibətlərinin tarixi köklərindən danışılıb, əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi qeyd olunub. Nazir ölkəmizdəki tolerantlığı, azsaylı xalqların nümayəndələri üçün yaradılmış imkanları, Azərbaycanın müxtəlif bölgələrində yaşayan yəhudilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirib. Görüşdə həmçinin hər iki ölkənin turizm potensialı ətrafında fikir mübadiləsi aparılıb. AgahMedia.Com portalının Diasporla İş üzrə Dövlət Komitəsinə aldığı məlumatına görə, Stas Misejnikov Azərbaycanın turizm imkanları ilə maraqlanıb, ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Nazim İbrahimov Azərbaycanın geniş turizm potensialı barədə ətraflı məlumat verib, ölkəmizin bu səhədə İsraillə əməkdaşlıq etməyə hazır olduğunu deyib. Görüşdə Azərbaycanın turizm potensialı ilə yaxından tanış olmaq məqsədilə İsrailin Turizm nazirinin bu ilin iyulunda ölkəmizə səfərə gəlməsilə bağlı ilkin razılıq əldə olunub.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*