Moskvada Emin Ağalarovun “After the Thunder” adlı konserti keçirildi
|
Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun Moskvada “After the Thunder” adlı möhtəşəm konserti keçirilib. AgahMedia.Com portalının “Səs” informasiya agentliyinə istinadən məlumatına görə, konsert paytaxtın “İzvestiya Hall” konsert kompleksində baş tutub. Emin Ağalarov konsertdə yeni işıq üzü görmüş «After the thunder» adlı albomundan parçalar ifa edib. Konsertdə həmçinin Eminin yeni “Heart Keeps Beating” (“Ürək döyünür”) sinqlinin də təqdimatı olub. Bundan başqa Emin albomunda yer alan “Baby Get Higher”, “Never Enough”, “Walk Through Walls”, “Dead Roses” və “Serdce byotsya” adlı yeni mahnıları ifa edib. İlk dəfə repertuarında yer alan rus dilində “Serdce byotsya” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.Qeyd edək ki, müğənninin konsertində bir çox tanınmışlarla yanaşı onun atası Araz Ağalorov da iştirak edib.
Bu kontentin portalımızda yayınladığı tarix : 08/04/2012Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒