Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Mingəçevirdə Qafqazın ən böyük tikiş fabriki açılacaq…

Mingəçevirdə Qafqazın ən böyük tikiş fabriki açılacaq…

Yaxın vaxtlarda Azərbaycanda ölkənin və ümumilikdə Qafqazın ən böyük tikiş fabriki açılacaq.Yeni müəssisə Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək.

Müəssisənin yaradılmasında məqsəd Azərbaycanın hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaqdır.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq.

Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30% azalacaq. Tikiş fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*