Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Şou biznes və Mədəniyyət, Ümumi » Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsi elan olundu

Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsi elan olundu

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması, sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması və ölkə ictimaiyyətinin sahəyə diqqətinin artırılması məqsədilə milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsini elan edir.

AgahMedia.Com informasiya portalının Mədəniyyət və Turizm Nazirliyindən aldığı məlumata görə, müsabiqəyə ölkəmizin turizm potensialına həsr olunmuş və yalnız müsabiqə dövründə müxtəlif dövrü mətbuat orqanlarında nəşr olunmuş və ya internet resurslarda yerləşdirilmiş məqalələr iştirak edə bilər.
Təqdim ediləcək məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir.
Müsabiqənin şəffaflığını təmin etmək üçün məqalələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytında öz əksini tapacaqdır.

Müsabiqə qaliblərini aşağıdakı mükafatlar gözləyir:
1-ci yer – 2000 (iki min) manat
2-ci yer – 1000 (bir min) manat
3-cü yer (2 nəfər üçün) 500 (beş yüz) manat
5 nəfər üçün həvəsləndirici diplomlar və 200 (iki yüz) manat

Materialların son təqdimetmə tarixi: 20 noyabr 2014-cü il
Materiallar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Müsabiqə ilə əlaqədar əlavə məlumatlar 493-42-94 telefon nömrəsi və ya musabiqe_turizm@hotmail.com elektron ünvan vasitəsilə əldə oluna bilər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*