Milli Məclis uşaq bağçalarının vergidən azad edilməsi barədə qanun qəbul etdi
|
|
Milli Məclisin bugünkü sessiyasında körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun layihəsi qəbul edilib. Layihəyə əsasən qeyd olunan qurumlar gələn il yanvarın 1-dən etibarən 10 il müddətinə vergi ödəməkdən azad edilirlər. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, layihə barədə çıxış edən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanun özəl sektorun yeni bağçalar açmasını stimullaşdıracaq. Deputat bildirib ki, hazırda ölkədə uşaq bağçalarının 40 faizi özəl sektorun payına düşür. Layihənin qəbulundan sonra isə bu rəqəm daha da artacaq.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
