Microsoft şirkəti Office 2013 proqram paketini satışa çıxarıb
|
|
AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, Microsoft korporasiyası Office 2013 ofis proqram paketini satışa çıxarıb. Yeni paket 2010-cu ildən təklif olunan Office 2010-nu əvəz edəcək.
Office 2013-ü dörd redaksiyada – Home&Student (ev və təhsil üçün – qiyməti 140 dollar), Home&Business (ev və biznes üçün – 220 dollar), Professional (Peşəkar – 400 dollar) və Professional+ (Peşəkar+) əldə etmək olar. Son redaksiya korporativ istifadəçilər üçün nəzərdə tutulur.
Lenta.ru saytının məlumatına görə, Office 2013 Home&Student versiyasının tərkibinə Word mətn redaktoru, Excel cədvəl redaktoru, PowerPoint təqdimatların yaradılması proqramı və OneNote bloknotu daxildir.
Home&Business versiyasında bu dəstə Outlook poçt proqramı, Professional redaksiyasına isə Publisher çap sistemi və Access məlumat bazasının idarə olunması sistemi əlavə edilir.
Office 2013-ün xüsusiyyətləri arasında yeni görünüşlü Windows (Metro) interfeysini, SkyDrive fayl saxlancı ilə inteqrasiyanı, PDF faylları Word-ə redaktə etmək imkanını, sensor ekranlı qurğulara malik istifadəçilər üçün “Sensor rejimi”ni (Touch Mode) və s. xüsusiyyətləri sadalamaq olar.
Office 2013-ü Windows 7 və Windows 8 əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırmaq mümkündür. Bununla yanaşı, Microsoft istifadəçilərə Office 365 ofis paketini də təqdim edir. Office 2013-dən fərqli olaraq Office 365 1 ay və ya 1 illik abunə əsasında yayılır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒