Home » Şou biznes və Mədəniyyət, Ümumi » Məşhur “Yaxşı Cazibə” teleserialının Azərbaycandakı çəkilişlərinə start verildi

Məşhur “Yaxşı Cazibə” teleserialının Azərbaycandakı çəkilişlərinə start verildi

Türkiyənin sevilən, Azərbaycanda da çoxsaylı tamaşaçı auditoriyası olan “Yaxşı Cazibə” teleserialının yaradıcı heyəti dünəndən Bakıdadır. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, teleserialın yaradıcı heyəti Bakının “Torqovıy” meydanında növbəti seriyanın çəkilişlərini həyata keçirirlər.
“Yaxşı Cazibə”nin Azərbaycanda çəkiləcək bölümünün çəkilişləri bu gün və sabah baş tutacaq. Çəkilişlərin Bakıda Dənizkənarı Milli Parkda da aparılması nəzərdə tutulur. Serialın Bakıda lentə alınan seriyasında “Eurovision 2011”in qalibi Nigar Camal da rol alacaq. O, bu seriyada Cazibənin Bakıdakı rəfiqəsi obrazını canlandıracaq. “Yaxşı Cazibə”nin Azərbaycanda çəkiləcək seriyası Cazibənin Vətəninə qonaq gəlməsindən bəhs olunacaq.
Azərbaycana gələn 20 nəfərlik heyətdə “Yaxşı Cazibə” serialının ssenari müəllifi Gani Müjde, rejissoru Bora Onur, serialın operatorları, serialın məsləhətçisi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova, eləcə də əsas rolların ifaçıları Aslihan Gürbüz (Cazibə), Hakan Yılmaz (Kamal) və Hande Katiboğlu (Simge) da var.
Qeyd edək ki, yaradıcı heyət, eləcə də Məlahət Abbasova sabah İctimai Televiziyanın “Səhər” proqramında qonaq olacaqlar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*