Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Mərkəzi Bank uçot dərəcəsini 3% səviyyəsində müəyyən etdi

Mərkəzi Bank uçot dərəcəsini 3% səviyyəsində müəyyən etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin və maliyyə stabilliyinin qorunmasına yönəldilmiş siyasəti davam etdirir. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, 2010-cu ilin ötən dövründə qlobal iqtisadi artımın tədricən bərpası, ölkənin tədiyə balansının profisitinin və valyuta ehtiyatlarının əhəmiyyətli artması, pul kütləsinin xarici və daxili mənbələrinin genişlənməsi müşahidə olunmuşdur. Beləliklə, qlobal iqtisadi böhranın milli iqtisadiyyata neqativ təsirlərinin aktiv dövrü geridə qalmışdır. Dövr ərzində ölkə iqtisadiyyatında artım prosesləri davam etmiş, məcmu tələbin fiskal və digər kanallarının tədricən genişlənməsi iqtisadi aktivliyi dəstəkləmişdir.
Son 9 ayda başlıca makroiqtisadi indikatorların dinamikasını və gözləntiləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini dəyişərək 2010-cu ilin noyabr ayının 1-dən etibarən 3% səviyyəsində müəyyən etmişdir.
Eyni zamanda pul kütləsinin artımının xarici monetar amillərinin tənzimlənməsi məqsədilə bank sektorunun xarici öhdəliklərinin 0.5% səviyyəsində məcburi ehtiyata cəlb edilməsi qərara alınmışdır.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*