Home » Ədəbiyyat, Şou biznes və Mədəniyyət, Ümumi » Məmməd Araz yaradıcılığı haqqında müsabiqəyə start verilir

Məmməd Araz yaradıcılığı haqqında müsabiqəyə start verilir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Memmed_Araz

AgahMedia.Com informasiya portalının “Azadinform” agentliyinə istinadən məlumatına görə, «Kaspi» qəzeti görkəmli şair Məmməd Arazın bu il keçiriləcək 80 illik yubileyi ərəfəsində şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsi elan edir. Müsabiqəyə təqdim oluna yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə «Kaspi» qəzetində dərc olunacaq, daha sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək. Müsabiqəyə, həmçinin şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirləri də qəbul olunur.
Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-nə kimi davam edəcək.
Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yer (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatları təqdim olunacaq.
Məqalələr «Kaspi» qəzetinin elektron ünvanına göndərilə və ya müəlliflər tərəfindən şəxsən təqdim oluna bilər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*