Səsindən və sənətindən çox qalmaqalları ilə dünyanın gündəmində olan amerikalı müğənni Ledi Qaqa bu dəfə attdığı fərqli addımla mətbuata mövzu olub. Məlumata görə, müğənni Qaqa “Sendi” qasırğasından əziyyət çəkənlərə 1 milyon dollar yardım edəcəyini açıqlayıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, məlumatı şəxsi bloqunda yayan müğənni bu pulu valideynləri və bacısının adına “Qırmızı xaç” cəmiyyətinə ödəcəyini bildirib. “Lower Eastside, Harlem, Bronx və Brooklyn kimi şəhərlər olmasaydı bu gün olduğum yerdə və müğənni ola bilməzdim. Ruhumun yaradılmasında köməyi olanlara təşəkkürümü bildirirəm”.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir