Home » Maraqlı, Ümumi » Keçəlliyin əsas səbəbi tapıldı

Keçəlliyin əsas səbəbi tapıldı

Amerika alimləri hesab edirlər ki, kişilərdə saç tökülməsinin təməl səbəbini aşkar etmək mümkün olub. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, məsələni araşdıran alimlər qrupu bildirir ki, gövdə hüceyrələrindəki qüsur üzündən əmələ gələn saç o qədər nazik və zərif olur ki, onun yalnız mikroskop altında görmək mümkündür.

Tədqiqatın nəticələri Klinik Araşdırmalar dərgisində dərc olunub. 50 yaşını ötmüş kişilərin yarısından çoxunda keçəlliyin müəyyən dərəcəsi müşahidə olunur. Bəzilərində saç tökülməsi artıq 20 yaşından başlayır.
Problemin əsas kökünün tapıldığını deyən alimlər keçəlləşmənin müalicəsinə daha bir addım yaxınlaşdıqlarını bildirirlər.
Saç transplantasiyası ilə məşğul olan mütəxəssislər keçəlləşmənin saçın əmələ gəldiyi folikulu ilə bağlı olduğunu deyirlər. Beləki, saçın kökü olan bu kisədəki gövdə hüceyrələrində defekt müəyyən edilib.
Bunun nəticəsində əmələ gələn yeni saç o qədər zəif olur ki, onu yalnız mikroskop altında müşahidə etmək olur.
Pennsylvania Universitetinin alimləri deyirlər ki, gövdə hüceyrələrinin funksiyasının pozulmasının həlli keçəlləşmənin müalicəsinə yol aça bilər.
Alternativ ümidlər – gövdə hüceyrələrində normal saçın əmələ gəlməsini təmin edən kremin tətbiqi ilə bağlanılır.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*