Home » İslam, Ümumi » İslam zülmə qarşı

İslam zülmə qarşı

Zülm qarşısında sükut etmək zalımın zülmünə şərik olmaq kimi bir şeydir.

Yəni burada elə bir fərq yoxdur; zülmü törədən bunu bilərəkdən və ya bilməyərəkdən, yaxud da nadanlıqdan etdiyi halda, sükut edən isə şüurlu şəkildə zalımın zülmünə loyal münasibət bəsləyir. Daha doğrusu, “karlığı” və “korluğu” ilə zülmə haqq qazandırmış olur. Məcrasından çıxan insan sadəcə öz nəfsinin bəlasını çəkməkdədir. Zalım etdiyi zülmü ilə qəlbini ilahi hisslərdən məhrum edir, zülmün qarşısında sükut edən isə özünü müti bir köləyə çevirir. Hər iki halda Allahdan qorxmamaq və bir təqvasızlıq var burada. Əgər belə olmasaydı, zalım zülmkarlığı ilə öyünməz, digəri isə buna göz yummanın necə dəhşətli hal olduğunun ən azından fərqinə varardı. Əbəs yerə demirlər ki, müsəlmanlar üçün ən böyük təhlükə düşmənlər deyil, təqvasızlıqdır. Bu mühüm olan iki faktor ortalıqda olmayanda cəmiyyətdə istənilən ağlagəlməzliklər baş verə bilər… Gözlər “kor”, qulaqlar “kar” olanda insan uçuruma yuvarlanar. “Allahdan qorxmayanda allahsızlar at oynadar”- deyiblər. Allahsızların harın-harın “at” oynadıb, meydan suladığını və bunun gündəlik “normaya” çevrildiyini görür, sanki bir mənzərə seyr edirmiş kimi seyr edirik. Əslində isə burada əsas personajlardan olduğumuzu “kor”luğumuz və “kar”lığımız ucbatından görə bilmirik… Peyğəmbərimiz (s) buyurub: “Qiyamət günü nida edən mələk səslənər: haradadır zülmkarlar və onların köməkçiləri, onlara kağız-qələm hazırlayanlar, onların kisələrini möhkəmlədənlər və ya onların qələmlərinə mürəkkəb əldə edənlər? Onların hamısını zalımlarla birlikdə həşrə gətirin!” Hədisdən açıq-aydın görünür ki, zalıma zülmünü həyata keçirməkdə yardımçı olanlar da onlarla birgə eyni aqibəti yaşayacaqlar.
İndi zalımlardan daha çox onların ətrafında (yaşamaq naminə) “baş girləyənlər” gözə dəyməkdədirlər. Bu da heç şübhəsiz ki, pisliklərin cövlan etməsində olduqca mühüm amildir. İnsanlarımızın məşəqqətlərə düçar olunmasında, şərin ədalət üzərində zəfər çalmasında həmin amil müstəsna rol oynayır. Həzrət Əli (ə) sanki bütün bunları görürmüş kimi, bir hədisində buyurur: “Zülm ayaqları sürüşdürər, ismətləri aradan aparar və ümmətləri məhvə doğru çəkər”. İmamın (ə) bu kəlamı çağdaş günümüzdə özünü daha qabarıq göstərir. Zalımların zülmü elə bir həddə çatır ki, insanlar hətta bəzən səsini çıxarmağa da cürət etmirlər. Nəticədə isə kütləvi halda mütiləşmə yaranır ki, bu da milləti məhvə doğru sürükləyir. Dəhşət doğuran hallardan biri də budur ki, insanlar sanki bir-birlərinin haqqına təcavüz etməkdən, hüquqlarını pozmaqdan zövq alırlar. Belə bir halda məmləkətin xeyir-bərəkətinin çəkilməsinin səbəblərini Allahdan deyil, yalnız özümüzdə, öz əməlimizdə bilməliyik. –Çünki Allah bəndəsinə əsla zülm etməz. Hz.Əli (ə) başqa bir hədisində buyurur ki, “heç bir şey ilahi nemətləri aradan aparmaqda, bəla və əzabların artmasında (sürətində) zülmkarlıq qədər təsirli ola bilməz.
Göründüyü kimi, zülmkarlıq etmək ağlagəlməz fəsadların yayılmasında müstəsnalıq təşkil edir. Lakin buna qarşı çıxmaq əvəzinə, zülmkara yardımçı olmaq daha böyük fəlakətlərin baş verməsinə gətirib çıxarır. Təbii ki, bu məqamda hər bir oxucu hansısa zalımın zülmünü xatırlayıb, yazılanların həqiqət olduğunu təsdiqləyə bilər. Çünki elə bir insan tapılmaz ki, həyatı boyu ən azından bir neçə dəfə haqsızlıqla üzləşməsin, zalımın zülmündən dadmamış olsun…
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*