Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » İqtisadiyyat naziri supermarket rəhbərlərinin şikayət və təkliflərinə münasibət bildirdi

İqtisadiyyat naziri supermarket rəhbərlərinin şikayət və təkliflərinə münasibət bildirdi

Ötən həftə bir qrup supermarket rəhbərinin iqtisadiyyat naziri Şahin Mustafayevə ünvanladığı məktubla bağlı araşdırma aparılır. AgahMedia.Com informasiya portalının ANS TV-yə istinadən məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, super-marketlərin şikayət və təklifləri İqtisadiyyat və Vergilər Nazirlikləri tərəfindən birgə araşdırılır.

Şikayətlərin tam yoxlanılacağını söyləyən nazir narazılığın əsasən kənd təsərrüfatı məhsullarının satışı zamanı vergiyə cəlb olunmada yaranan problemlər olduğunu nəzərə çatdırıb.

“Müvafiq görüşlər keçirilib. Mağaza sahiblərinin dediyi sözlər nəzərə alınıb. İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə birgə bu məsələyə baxacaq. Konkret olaraq kənd təsərrüfatı məhsullarının satışı zamanı mərhələlərdə vergiyə cəlb olunmada bəzi problemlər qaldırılıb. Məsələyə baxılır”, – deyə Şahin Mustafayev bildirib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*