İki hakim Dünya çempionatından qovuldu
|
AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Dünya çempionatının 1/8 final mərhələsinin Almaniya – İngiltərə (4:1) matçının hakimi, uruqvaylı Xorhe Larrionda və Argentina – Meksika qarşılaşmasının (3:1) italiyalı referisi Roberto Rozetti mundialın bundan sonrakı oyunlarına təyinat almayacaq. “Reuters”in verdiyi məlumata görə, buna səbəb hər iki hakimin sözügedən qarşılaşmalarda kobud səhvlərə yol verməsidir. Larrionda ingilis futbolçusu Frenk Lempardın yüzfaizli qolunu hesaba almayıb, Rozetti isə argentinalı Karlos Tevesin ofsaydan vurduğu qolu hesaba alıb.
Bu kontentin portalımızda yayınladığı tarix : 30/06/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒