Hollivud Bollivudla əməkdaşlıq edəcək
|
|
Amerikalı və hindistanlı filmçəkənlər Hindistan kinomatoqrafiyasının paytaxtı Mumbayda Hollivud və Bollivud arasında əməkdaşlıq razılığı imzalayıblar. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Los Anjeles-Hindistan Film Şurası deyir ki, məqsədi istehsalatı gücləndirmək, distribusiya və kommersiya əlaqələrini genişləndirməkdir. Buraya icazə və vizaların alınmasının asanlaşdırılması və pirat hind filmləri üzərinə Amerikanın anti-piratlıq siyasətinin tətbiq edilməsi daxildir. Son aylarda bəzi hind filmləri ABŞ-da populyarlıq qazanıb. Hollivudun “Zibillik Milyonçusu” və “Avatar” kimi filmləri isə Hindistanda böyük tamaşaçı marağına səbəb olub.
Bu kontentin portalımızda yayınladığı tarix : 14/11/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
