Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Google Motorolanı satın aldı

Google Motorolanı satın aldı

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,internet nəhəngi Google Motorola şirkətinin mobil telefonlar istehsal edən hissəsini 12,5 milyard dollara aldığını bəyan edib.
Birgə bəyanatda deyilir ki, hər iki şirkətin idarə heyətləri bu razılaşmanı yekdilliklə dəstəkləyib. Alqı-satqı işi ilin sonuna və ya 2012-ci ilin əvvəlinədək başa çatdırılacaq.
Bu ilin əvvəlində Motorola iki müxtəlif şirkətlərə ayrılıb.
Motorola Mobility mobil telefonlar, Motorola Solutions isə korporativ müştərilər və hökumətlər üçün geniş texnologiyalar istehsal edir.
Birgə bəyanatda deyilir ki, bu razılaşma Google şirkətinə özünün “Android” əməliyyat sistemini inkişaf etdirməyə imkan verəcək.Google Motorola Mobility şirkətini ayrıca biznes kimi yönətmək istədiyini bildirib.
Bir vaxtlar dünyanın ən uğurlu mobil telefon istehsalçısı olmuş Motorola son illərdə Apple, Samsung və HTC kimi şirkətlərdən geridə qalır.Onun istehsal etdiyi mobil telefonların çoxu Google şirkətinin Android əməliyyat sistemindən istifadə edir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*