Geyimdən mobil telefona enerji yüklənməsini mümkün edən parça ixtira edildi

Yaponiyalı alimlər mobil telefonu enerji ilə doldurmağın mümkün olduğu parça ixtira etmişlər. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, yeni superparça enerjini Günəş işığından alır. Bu parçadan paltar geyinmiş insan öz mobil telefonunu yükləmək istəyərkən geyiminin qidalandırıcısına “qoşaraq” telefonu ona birləşdirməsi kifayətdir.
Yenilik hələ satışa çıxarılmamışdır. Çünki onun üzərində bəzi tamamlama işlərinin aparılması lazımdır. Bununla belə, ixtira ilə maraqlanan bir sıra istehsalçılar artıq superparçanı yaradanlarla əlaqə saxlamışlar.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir