Home » Ümumi » Facebook şərhlərə şəkil yerləşdirmə funksiyası əlavə etdi

Facebook şərhlərə şəkil yerləşdirmə funksiyası əlavə etdi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Facebook_resmiAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, “Facebook” sosial şəbəkəsi istifadəçilərinə yazılara edilən şərhlərə şəkil əlavə etməyə icazə verib. Artıq, bəzi istifadəçilər şərh yerlərinin sağ hissəsində fotoaparat nişanının yer almasının şahidi olublar. Həmin nişanın üstünə basmaqla şərhə .jpg və .png formatlarında fotoşəkil əlavə etmək, şəklə isə müşayiətedici mətn yazmaq olar.
Lenta.ru xəbər verir ki, Facebook nümayəndələri yeni funksiyanı tədricən işə salmağa başladıqlarını, şərhlərə şəkillərin əlavə olunmasının ilk öncə sosial şəbəkənin veb-versiyasının, sonradan mobil abunəçilərinin yararlana biləcəklərini qeyd ediblər. Əvvəllər Facebook istifadəçiləri şərhlərdə paylaşmaq istədikləri şəkillərə birbaşa istinadlar qoyurdular, lakin bununla yanaşı sosial şəbəkə avtomatik olaraq əlavə olunan şəklin miniatürünü yaradırdı.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*