Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Evini satanlar vergi verməli olacaqlar

Evini satanlar vergi verməli olacaqlar

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

Evini satanlar vergi verəcəklər. Əslində bu məsələ qanunda öz əksini tapır.Sadəcə tətbiqinə yeni başlanıb. Bəs verginin miqdarı nə qədərdir və hansı halda ödənilir?

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, aldığı mənzili 3 il ərzində satanlar vergi verəcək. Yaşamadığı evi satıb mənfəət əldə edənlər də vergiyə cəlb olunacaq. Hər iki məsələ uzun müddətdir Vergi Məcəlləsində əksini tapıb. Sadəcə bu sahəyə son bir neçə ayda nəzarət gücləndirilib.

Vergilər naziri məsələyə aydınlıq gətirərək bildirdi ki, əvvəllər bu sahədə uçot aparılmırdı. Hazırda bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirilir və həmin məlumatlar Vergilər Nazirliyinə təqdim olunur. Artıq nazirliyin məlumat bazası formalaşdığından vergilərin yığılmasına başlanıb.

Qanuna əsasən, vətəndaş aldığı mənzili 3 ildən tez satarsa vergi ödəməlidir. Verginin məbləği satışdan əldə edilən gəlirə tətbiq edilir. Yəni, vətəndaş mənzilini satdığı qiymətdən onu aldığı qiyməti və ora çəkilən xərcləri çıxır. Yerdə qalan gəlir vergiyə cəlb olunur. Əgər gəlir 30 min manatdan azdırsa, vergi 14 faizlə, 30 min manatdan çoxdursa 25 faizlə hesablanır.

Ev sahibi mənzildə təmir və ya genişləndirmə işi aparıbsa onu notarial qaydada sübuta yetirməlidir. Əks halda çəkilən xərclər hesablanmır, alış qiyməti ilə satış qiyməti arasında fərq artır.

Bu qaydalar satdığı evdə yaşayan vətəndaşlara aiddir. Elə şəxslər də var ki, onların bir neçə mənzili var, amma yalnız birində qeydiyyatdadırlar. Onlar qeydiyyatda olmadıqları evləri satsalar, müddətindən asılı olmayaraq vergi verməlidirlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*