Home » Beynəlxalq, Şou biznes və Mədəniyyət, Ümumi » “Eurovision 2015″in qalibi İsveç təmsilçisi Mons Selmerlev oldu

“Eurovision 2015″in qalibi İsveç təmsilçisi Mons Selmerlev oldu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Eurovision_2015_in_qalibi_Mons_Selmerlev

Mons Selmerlev

Mayın 23-də  “Eurovision 2015” mahnı müsabiqəsinin final şousu keçirilib.  Avstriyanın Vyana şəhərində “Wiener Stadthalle” arenada düzənlənən yarışmanın final mərhələsində 27 ölkə təmsilçisi ardıcıl olaraq öz səhnə perfomanslarını nümayiş etdiriblər.

Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 24-cü çıxaraq, “Hour of the Wolf” mahnısını səsləndirib.

İştirakçıların səhnəyə aşağıdakı ardıcıllıqla çıxaraq öz səhnə perfomanslarını nümayiş etdiriblər:

1. Sloveniya, 2. Fransa, 3. İsrail, 4. Estoniya, 5. Böyük Britaniya, 6. Ermənistan, 7. Litva, 8. Serbiya, 9. Norveç, 10. İsveç, 11. Kipr, 12. Avstraliya, 13. Belçika, 14. Avstriya, 15. Yunanıstan, 16. Monteneqro, 17. Almaniya, 18. Polşa, 19. Latviya, 20. Rumıniya, 21. İspaniya, 22. Macarıstan, 23. Gürcüstan, 24. Azərbaycan, 25. Rusiya, 26. Albaniya, 27. İtaliya.

Qeyd edək ki, Avstriya, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya və Avstraliya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir (Avstraliya təmsilçisi “Eurovision” mahnı müsabiqəsinin 60 illik yubileyi münasibəti ilə fəxri qonaq qismində çıxış edib).

Final şousunda həmçinin ötən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsininin avstriyalı qalibçisi Konçita Vurst “Rise Like a Phoenix” mahnısını təqdim edib.

“Eurovision 2015” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında, proqnozlara uyğun olaraq, İsveç təmsilçisi Mons Selmerlev olub. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Mons Selmerlev 365 xalla birincilik əldə edib. O, ölkələrin çoxundan 12 xal alıb. 49 xal toplayan Azərbaycan təmsilçisi Elnur Hüseynov müsabiqədə 12 yeri tutub.

Qeyd edək ki, Çexiya Azərbaycana 12 bal verib.

Gürcüstan ölkəmizə 10 xal təqdim edib.

Monteneqro, Malta 8 bal verib.

Litva – 2, Rumıniya, Moldova və Rusiya isə hərəsi 3 xal verib.

Azərbaycan isə 8 balı İtaliyaya, 10 balı Gürcüstana, 12 balı isə Rusiyaya verib.

İsveç 365, Rusiya 303, İtaliya 292 xalla “Eurovision 2015” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.

Qeyd edək ki, bu İsveçin “Eurovision” müsabiqəsində altıncı qələbəsidir.

Beləliklə, “Eruovision 2016” yarışması İsveçdə baş tutacaq.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*