Home » Şou biznes və Mədəniyyət, Ümumi » Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə Azərbaycanı “Eurovision 2015″də təmsil edəcək

Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə Azərbaycanı “Eurovision 2015″də təmsil edəcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Elnur_Huseynov

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, Azərbaycanın “Eurovision 2015” təmsilçisinin “Hour of the Wolf” mahnısı ilə Elnur Hüseynov olduğu açıqlanıb.
Elnur müsabiqəyə və Eurovision ailəsinə yad deyil. 2008-ci ildə o, Elnur və Samir duetinin tərkibində Azərbaycanın Eurovision müsabiqəsindəki ilk təmsilçilərindən biri olmuşdur. Həmin il bu duet “Day After Day” adlı mahnı ilə finalda səkkizinci yerə yüksəlmişdir. Bu ilki müsabiqədə isə Elnur “Hour of the Wolf” mahnısı ilə bir peşəkar müğənni olaraq öz istedadını nümayiş etdirmək imkanını əldə edir.

“Eurovision 2015 özümü bir solo ifaçı kimi təsdiq etməyim üçün böyük şansdır. Öz mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Eurovision-a bu ismarışı avropalılarla paylaşmaq üçün gedirəm,” deyir Elnur.

Eurovision 2008-dən sonra Elnur öz musiqi karyerasının üzərində səylə çalışmışdır. O, bu müddət ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olmuşdur. Elnur, həmçinin, məşhur “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa etmişdir.

2015-ci il fevral ayının 18-də Elnur beynəlxalq səs istedadları şousu – “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi oldu. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində bir rekorda imza ataraq bir milyondan çox səs topladı.

21 may tarixində Elnur Hüseynov Eurovision Mahnı Müsabiqəsi 2015-in ikinci yarım-finalında Azərbaycanı “Hour of the Wolf” müasir balladası ilə təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində uğurla debüt etmiş, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlmişdir. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi etmişdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*