Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » İpoteka kreditlərinin alınması üçün müraciətlər internet vasitəsilə də qəbul ediləcək

İpoteka kreditlərinin alınması üçün müraciətlər internet vasitəsilə də qəbul ediləcək

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_internet resmiAzərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi, əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi və istehlakçıların hüquqlarının qorunması məqsədilə informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması üçün ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.

AgahMedia.Com informasiya portalının İpoteka Fondundan aldığı istinadən məlumata görə, Fond “Elektron İpoteka Sistemi”nin (EİS) tətbiqini uğurla başa catdırmış və sistem ipoteka bazar iştirakçılarının istifadəsinə verilmişdir. Sistemin tətbiqi ipoteka bazar iştirakçılarına – Müvəkkil Kredit Təşkilatlarına (MKT), Sığorta və Qiymətləndirici şirkətlərə bütün texniki prosedurları real vaxt rejimində (onlayn), həyata keçirilməsinə imkan verir. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətlənməsini və sistemin səmərəli fəaliyyətini təmin edir.

Bununla yanaşı, 02 fevral 2015-ci il tarixdən etibarən EİS sisteminin davamı olan “Elektron İpoteka Portalı” real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcəkdir. Belə ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə www.e-ipoteka.az daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir. Eyni zamanda ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqləməlidir.

İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn), aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə də Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcəkdir.

Sistemlə bağlı sual yarandıqda Azərbaycan İpoteka Fonduna ( 012 598 20 08) müraciət etmək olar.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*