Home » Beynəlxalq, Maraqlı, Siyasət, Ümumi » “Dünyada ilin adamı” sorğusunda Ərdoğan 1-ci yerdədir

“Dünyada ilin adamı” sorğusunda Ərdoğan 1-ci yerdədir

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Taym” jurnalının “Dünyada ilin adamını” müəyyən etmək üçün təşkil etdiyi rəy sorğusunda 4 gün ərzində 16-cı pillələdən 1-ci sıraya yüksəlib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, müşahidəçilər, Ərdoğanın nüfuzuna hörmətlə yanaşmaqla birlikdə, bu nəticəni əsasən dünyadakı Türklərin internet vasitəsi ilə yaxşı təşkilatlanması ilə əlaqələndirirlər.
Türkiyənin kütləvi informasiya vasitələrinin yazdığına görə, sorğu haqqında məlumatın yayılması dünyanın müxtəlif ölkələrində yaşayan Türkləri hərəkətə keçirib.Namizədlər siyahısında 25 nəfərin adı var.
İlk günlərdə Ərdoğan 16-ci pillədə olub. Lakin, məlumatların müxtəlif internet saytlarında yayılmasından sonra Ərdoğan 1 gecədə 5-ci sıraya qədər yüksəlib. AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, indi isə Türkiyənin Baş nazirinin adı 65 min səslə siyahının zirvəsindədir.
Onu siyahıda 60 min səs toplayan Lady Gaga izləyir.
Bir neçə il əvvəl “Taym” jurnalının “20-ci əsrin adamını” müəyyən etmək üçün keçirdiyi rəy sorğusu zamanı Türklər kifayət qədər yaxşı təşkilatlanaraq, uzun müddət Mustafa Kamal Atatürkün adını ön planda saxlamağa nail olmuşdular.
Qəzetlər yazır ki, Ərdoğanın rəhbərlik etdiyi AK partiya üzvləri və Baş nazirin fanatik tərəfdarları ona səs verməklə kifayətlənmirlər.
Onlar digər namizədlərin orta hesabla müəyyən edilən reytinqlərini aşağı salmaq məqsədi ilə onlara aşağı xal verirlər. Lakin, bütün bu səylər də Ərdoğanın nəticədə ilin adamı elan edilməsi üçün kifayət olmaya bilər.
“Taym” dərgisi bildirib ki, “2010-cu ilin adamı” müəyyən edilərkən, qərarın internet sorğusunun nəticələrinə uyğun olması məcburiyyəti yoxdur.
Türkiyədə dindarlıq
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bu arada Amerikanın “Qallop” sosioloji tədqiqat şirkətinin keçirdiyi başqa bir rəy sorğusunun nəticələri açıqlanıb.
Sorğunun nəticələrinə görə, Türkiyə dindarlıq üzrə dünyada 114 ölkə arasında 65-ci sıradadır, rəyi soruşulanların 82 faizi dinin onların həyatında mühüm yer tutduğunu bildirib.
Respondentlərin 57 faizi isə axşam saatlarında küçədə özlərini təhlükəsizlik baxımından rahat hiss etmirlər, Türkiyə bu göstəriciyə görə 82-ci yerdədir ki, bu da siyahıda orta yerlərdən də aşağıdakı sıralar deməkdir.
Türkiyədə rəyi soruşulanların yalnız 17 faizi yaşadıqları bölgə vəya şəhərin iqtisadiyyatının yaxşılığa doğru getdiyi qənaətindədir.
13 faiz dəyişiklik görmür, 53 faiz isə iqtisadiyyatın tənəzzüldə olduğunu bildirib.
Türkiyə bu cavablarla 113 yerdə göstərilir. Ölkədə internetə daxil olanların 31 faiz olduğu Türkiyə bu göstəriciyə görə 43-cü qərar tutub.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*