Təhsil naziri müəllimlərin əmək haqlarının artırılacağını bildirdi

Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması ilə bağlı ölkə başçısının sərəncamı gözlənilir. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, bunu Təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, imkan olduqca müəllimlərin əmək haqları dəfələrlə artırılıb, bundan sonra da artırılacaq. “İnsanların saxta diplomlarla məktəbə gedib çıxma səbəblərini araşdırırıq. Buna şərait yaradanlar cəzalandırılacaq”. Misir Mərdanov hazırda bütün ölkə …

Nobel Sülh mükafatı laureatları məlum oldu

AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, 2011-ci il üzrə Nobel Sülh mükafatı laureatlarının adları məlum olub. Bunlar Liberiya prezidenti Ellin Djonson-Serlif, Liberiyalı hüquq müdafiəçisi Leyma Qbovi və Yəməndən olan digər bir fəal siyasətçi Tavakel Karmandır. Ellin Conson Serlif və Leyma Qbovi ölkədəki sülhməramlı fəaliyyətlərinə, Tavakel Karman isə Yəməndə qadınların hüquqlarının müdafiəsinə görə bu …

Soros Fondu jurnalistlər üçün müsabiqəyə start verdi

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Soros Fondu 2011-ci il “Media və ictimai vəsaitlərin şəffaflığı” layihəsi çərçivəsində jurnalist müsabiqəsi elan edir. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, müsabiqədə iqtisadiyyat (ictimai vəsaitlərin istifadəsində hesabatlılıq, şəffaflıq və səmərəlilik) sahəsində təcrübəsi olan peşəkar yazarlar, o cümlədən adıçəkilən sahəyə marağı olan və özünü sınamaq istəyən jurnalistlər iştirak edə …

Azərbaycanda nələr bahalaşıb, nələr isə ucuzlaşıb?

İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda sentyabr ayı ərzində apardığı statistik müşahidənin nəticələrini təqdim edib. AgahMedia.Com portalının “Media forum”a istinadən məlumatına görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 0,65 faiz artıb. Ərzaq məhsullarının qiyməti 0,68 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 0,59 faiz, xidmətlərin qiyməti 0,74 faiz yüksəlib. Sentyabr ayı ərzində ən çox xarici dil kursları (8,34 faiz), …

Azərbaycanda yeni qanun piratçılığa ağır zərbə vuracaq

Müəllif hüquqlarının qorunması sahəsində Avropa İttifaqının Avropa Komissiyası və Azərbaycan Müəllif Hüquqları Agentliyi arasında yeni “Twining” layihəsinə start verilib. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə,yaxın günlərdə rəsmi təqdimatı olacaq layihə müəllif hüquqlarının qorunması sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsini, bu sahədə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsini və ölkəmizdə piratçılığın səviyyəsinin azaldılmasını nəzərdə tutur. Bundan başqa ölkəmizdə müəllif …

Tibb üzrə 3 alimə Nobel mükafatı verildi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,tibb və fiziologiya üzrə bu ilin Nobel mükafatı immunologiya sahəsində tədqiqatlara görə verilib. Nobel mükafatına immunologiya sahəsində kəşfedici araşdırmalar aparmış 3 alim layiq görülüb. Stokholmda tibb üzrə Nobel mükafatı komitəsinin üzvləri hesab ediblər ki, ABŞ təmsilçisi, prof. Bruce Beutler, Lyuksemburqdan olan prof. Jules Hoffmann və Kanadalı alim, prof. Ralph Steinman …

Əhalinin əmanətlərinin həcmi 31% artıb

AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə,2011-ci il avqust ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 8 milyard 345,8 milyon manat təşkil etmişdir. Bunun 3 milyard 543,6 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% çoxdur. 2011-ci il avqustun 1-nə banklara qoyulan əmanətlərin 1 milyard …

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 500 mini keçdi

AgahMedia.Com portalının BBC-nin Azərbaycan bürosuna istinadən məlumatına görə,sosial media statistikası portalı “Socialbakers”-in yeni hesablamalarına əsasən, Azərbaycan Facebook istifadəçilərinin sayına görə 213 ölkə arasında 92-ci yerdədir. Sayt yazır ki, Azərbaycanda Fcaebook istifadəçilərinin sayı son 6 ayda təxminən 60 faiz artaraq 506 780-ə bərabər olub. Son ay ərzində isə istifadəçilərin sayı 15 faiz artıb. Əhalinin 6.10 faizi …

Mərkəzi Bankın dəstəyilə şagirdlərin maliyyə savadlılığı artırılacaq

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi maliyyə savadlılığı üzrə Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə əməkdaşlıq barədə razılıq əldə edib. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, SBFIC Azərbaycanda maliyyə savadlılığının artırılması tədbirlərində iştirak etməyə və Almaniya hökumətinin bu məqsədlə maliyyə vəsaiti ayırmağa hazır olduğu bildirilib. Bu əməkdaşlığın məqsədlərindən biri əhalinin əsassız borclanmasının …

Bakı Dövlət Universiteti dünyanın 700 top universitetləri siyahısına daxil oldu

“QS World University Rankings-2011” reytinqinə görə Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 top universitetinin siyahısına daxil olub və 643-cu yerdə qərarlaşıb. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə,bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha …

Sosial ipoteka üçün nəzərdə tutulan məbləğ artırıla bilər

Gənclər üçün nəzərdə tutulmuş sosial ipotekanın şərtləri qənaətbəxş olsa da, bunun üçün nəzərdə tutulmuş məbləğ çox azdır. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimov etiraf edib ki, həmin ipoteka növü üçün nəzərdə tutulan 35 min manat məbləği mövcud bazar qiymətlərinə uyğun gəlmir. “O ipoteka 4 faizdir və 35 min …

MTRŞ Azərbaycan telekanallarında ədəbi dilin qorunmasına dair hesabatı açıqladı

AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə,Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycandakı telekanallarda ədəbi dilin qorunmasına dair hesabatı açıqlayıb. “ANS, ATV, “Space” və “Lider” kimi yayımçıların 2011-ci ilin may-iyun aylarında efirə çıxmış veriliş və proqramlarında dil baxımdan uğurlarla yanaşı, dil normalarının pozulması hallarına rast gəlinib. İctimai Televiziyanın “Carçı” proqramının aparıcılarının nitqi normaldır və ədəbi …

Azərbaycanda elektron imzanın tətbiqinə başlanıldı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının və digər qurumların nümayəndələrinin, həmçinin KİV-in iştirakı ilə elektron imzanın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilib. Bu münasibətlə mərasim iştirakçılarını təbrik edən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Əlaqələndirmə …

Elektron imza haqqında

1. Elektron imza nədir? Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları …

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva ailə qurdu

Azərbaycan Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın toyu olub. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Arzu Əliyeva Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla ailə qurub. Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitunu bitirib. Hazırda ailə biznesi ilə …

Prezident təqaüdü alacaq tələbələr məlum oldu

Prezident İlham Əliyev cari tədris ilində Azərbaycan ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. AgahMedia.Com portalının “Azadinform” informasiya agentliyinə istinadən məlumatına görə, “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci il tarixli 564 nömrəli Fərmana uyğun olaraq bu il tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə …

Gəncədə Ümumdünya Gənclər Festivalı keçiriləcək

Gəncədə oktyabrın 15-dən 20-ə qədər möhtəşəm festival keçiriləcək. AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, “Azərbaycanı kəşf et” (World Youth Festival “Discover Azerbaijan”) adlı ümumdünya gənclər festivalına hazırlıqlar artıq başlanıb.Festival Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilib. Təxminən yüz ölkənin iştirak edəcəyi festivalda qonaqlara Azərbaycanın təbiəti, tarixi abidələri, adət-ənənələri, musiqisi, mətbəxi və s. haqda ətraflı …