Home » Biznes sfera və iqtisadiyyat, Siyasət, Sosial, Ümumi » Bu il Azərbaycandan 107 ölkəyə əmtəə ixrac olunub…

Bu il Azərbaycandan 107 ölkəyə əmtəə ixrac olunub…

AgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 141 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə əmtəə ixrac olunmuş, 128 ölkədən idxal olunmuşdur. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 31-i Amerika, 42-si Asiya ölkələri və digərləridir.
Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 31,0 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 24,4 milyard dollar, idxalın həcmi 6,6 milyard dollar təşkil etmiş, nəticədə 17,8 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 1,2 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 130,9 dollara bərabər olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*