Home » Beynəlxalq, Siyasət, Ümumi » BMT nümayəndəliyi qarşısında “İşğalçı Ermənistana qarşı sanksiya” şüarı ilə növbəti aksiya keçirildi

BMT nümayəndəliyi qarşısında “İşğalçı Ermənistana qarşı sanksiya” şüarı ilə növbəti aksiya keçirildi

Qarabağ Azadlıq Təşkilatı BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında növbəti aksiyasını keçirib. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, etiraz aksiyasının əsas səbəbi isə beynəlxalq təşkilatların S.Sarkisyanın səsləndirdiyi cəfəng fikirlərə münasibət bildirməmələri və sanksiya irəli sürməmələridir.
QAT-ın nümayəndələri Sarkisyanın Azərbaycana qarşı irəli sürdüyü sərsəm bəyanatlara böyük nüfuza malik qurumların susmasına və işğalçılara qarşı heç bir sanksiya irəli sürməməsinə etiraz olaraq aksiya keçirməyə cəhd ediblər. Lakin polislərin müdaxiləsi ilə aksiya iştirakçıları nümayəndəliyə bəyənatı təqdim etmədən oradan uzaqlaşdırılıblar.. Buna səbəb isə etiraz aksiyası zamanı polislə onlar arasında anlaşılmazlığın yaşanmasıdır. Bu səbəbdən bəyanatı nümayəndəliyə polis işçilərindən biri təqdim edib. QAT-ın sədr müavini İlqar Əliyev polislərin müdaxiləsinə bu cür münasibət bildirib: “ Bu gün Azərbaycan vətəndaşının qarşısını polis kəsirsə, öz haqq səsini çıxarmağa imkan vermirsə, torpaqlarımız işğalda qalacaq.”
Aksiya zamanı “ İşğalçı Ermənistana qarşı sanksiya!” şüarı səsləndirilib .Bundan əlavə o, BMT rəhbərliyinə olan tələblərinin dəyişmədiyini və işğalçı ölkəyə qarşı iqtisadi, siyasi sanksiyalar irəli sürmələrini tələb etdiklərini bildirib. Bəyanatda BMT nümayəndələrinin təcili toplanması, işğalıçılara qarşı sanksiya qəbul etmələri və S.Sarkisyanın beynəlxalq məhkəmə qarşısınna çıxması kimi tələblər yer alıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*