Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Maraqlı, Texno, Ümumi » Bill Qeyts bütün pullarını xeyriyyə fonduna miras qoydu

Bill Qeyts bütün pullarını xeyriyyə fonduna miras qoydu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Bill_GatesVar-dövləti 76 milyard dollar dəyərində qiymətləndirilən, dünyanın məşhur “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts uşaqlarını miras hüququndan məhrum etmək qərarına gəlib. AgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, milyarder ölümündən sonra ona məxsus bütün pulların “Bill & Melinda Gates Foundation” Xeyriyyə Fonduna köçürülməsini vəsiyyət edib. Dünyada yoxsulluğun azaldılması, tibb və təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə məşğul olan fond dünyanın ən iri xeyriyyə təşkilatı hesab edilir.
Məlum olduğu kimi, Bill Qeytsin üç uşağı – qızları Cennifer-Katarin və Fbi-Adel və oğlu Rori-Con var. “Microsoft” yaradıcısı bildirib ki, onun var-dövləti uşaqlarına miras qalmayacaq. O öz qərarına izah verərək uşaqların firavanlıq üçün işləməyin vacib olmasını başa düşmələrini, qərarı həyat yoldaşı ilə birlikdə qəbul etməsini deyib.
Novoston.ru resursu xəbər verir ki, Bill Qeytsin uşaqları atalarının mirasından məhrum olmasına baxmayaraq həyatda uğurlu başlanğıc üçün lazım olan hər şeyi əldə edəcəklər. Belə ki, milyarder uşaqları ən yaxşı təhsil ocağında oxuyur və gələcəkdə onların yüksək nailiyyətlər əldə etmələri üçün bütün lazımi şərait yaradılıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*