Barak Obama ilin adamı seçildi
|
AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, dünyaca məşhur “Time” jurnalı ABŞ Prezidenti, ötən ay bu vəzifəyə təkrar seçilmiş Barak Obamanı 2012-ci ilin adamı elan edib. Bu adı qazanmaq uğrunda “mübarizə aparan” namizədlər sırasında Bill və Hillari Klintonlar, Misir prezidenti Məhəmməd Mursi, “Yahoo!” şirkətinin Baş direktoru Marissa Mayer və digər adlar var idi. Artıq 85 ildir ki, verilən bu adı ötən bütün dünyada baş verən etiraz aksiyaları ilə bağlı “Etirazçı” obrazı qazanmışdı.
Xatırladaq ki, ötən həftə “Time” jurnalının oxucuları arasında keçirilən sorğuda Şimali Koreya lideri Kim Çen In “İlin adamı” adına layiq görülmüşdü.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒