Barak Obama “Facebook”dan qorxduğunu dedi
|
AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama Facebook sosial şəbəkəsindən qorxduğunu etiraf edib. Ağ Ev rəhbəri sosial şəbəkə ilə bağlı etirafını “MTV” kanalında qonaq olarkən dilə gətirib. Barak Obama bildirib ki, övladları Saşa və Malianın təhlükəsizlik baxımından Facebook-da oturmasına icazə vermir.
Qeyd edək ki, övladlarının xüsusi təyinatlılar tərəfindən mühafizə olunduğunu söyləyən Barak Obama, buna görə nisbətən rahat olduğunu vurğulayıb. “Qızlarımla bağlı məni narahat edən yeganə şey Facebook-dur. Çünki onları hamı tanıyır və mən qızlarımın şəxsi həyatını qorumaq məcburiyyətindəyəm. Böyüdükdən sonra bu barədə öz qərarlarını verəcəklər, lakin indi onlara Facebook-dan istifadə etməyə icazə vermirəm.”-deyə Barak Obama bildirib.
Məlumat üçün bildirək ki, Barak Obama 1992-ci ildə ailə həyatı qurduğu Mişel Obamadan iki qız atasıdır. Malia 1999-cu, Saşa 2001-ci ildə dünyaya gəlib.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒