Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Texno, Ümumi » Bankların kredit kartlarıyla ehtiyatlı davranın!…

Bankların kredit kartlarıyla ehtiyatlı davranın!…

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Pos_TerminalTaksit (kredit) kartlarından istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqda davam edir. Banklar bu kartların digər kreditlərdən əsas üstünlüyünü burada faizlərin olmaması ilə əlaqələndirir. Məsələn, ənənəvi qaydada müştəri bankdan pul götürdükdə buna görə illik 20-30 faiz civarında faiz ödəyir. Kredit və ya taksit kartlarında isə yalnız xərclənən məbləğin ödənildyi bildirilir.

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, mütəxəssislər hesab edir ki, banklar reklam kampaniyalarında natamam informasiya verməklə müştəriləri aldadır. Belə ki, hətta faiz olmasa belə komisyon haqqı kifayət qədər yüksəkdir. Bəzi banklar faiz tətbiq etmirlər, amma həmin faizə uyğun olaraq komisyon haqqı tətbiq edirlər. Aylıq 2 faiz komisyon haqqı tətbiq edəndə əslində illik 24 faiz məhz faizin hesablanması deməkdir.

Vətəndaşlar əksər hallarda taksit kartları ilə alış-veriş edərkən xərclədikləri vəsaitləri geri qaytarmalı olduqlarını unudurlar. Bir çox hallarda kredit kartlarındakı vəsaitlər lüzumsuz, lazım olmayan istiqamətlərdə xərclənir. Problemli kreditlərin yaranmasında taksit kartlarının payının getdikcə artması məhz vətəndaşların kartlardan səmərəli istifadə ilə bağlı məlumatsız olmaları ilə əlaqələndirilir. Elə buna görə də dünya ölkələrində kredit kartlarından istifadə o qədər də arzu olunan hesab edilmir.
Qeyd edək ki, taksit kartı–bərpa olunan kredit xətti ilə müştərilərə pulsuz (bəzi hallarda ödənişli) təqdim edilən, müxtəlif üstünlüklərə malik kredit kartıdır. Belə ki, banklarla tərəfdaş olan ticarət, xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran və s.) mal və xidmətlərin dəyərini taksit kartı ilə ödəmək olar. İstifadə edilən məbləğ faiz hesablanmadan banka bərabər hissələrlə tərəfdaşdan asılı olaraq 1, 3, 6 və ya 12 aya ödənilir. İkinci bir tərəfdən bu kart vasitəsilə bankların bankomatlarından müəyyən məbləğdə nağd pul çıxarmaq olar.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov düşünür ki, taksit kartlardan kredit götürmə hallarının artması vətəndaşın daha çox borclanması və sonda problemli kreditlərin cəkisinin daha da artmasına gətirib çıxara bilər: “Taksit kartlarla kredit götürməyin özü də kreditləşmənin bir növüdür. Vətəndaş bununla hər hansı bir şəkildə borclanır. Bu, onunla bağlıdır ki, insanlar gündəlik tələbatlarını ödəməkdə taksit kartlarından istifadəyə keçir. Belədə də öz maliyyə problemlərini planlaşdırmağa, bölməyə çalışırlar. Lakin bununla belə, bu sistemdə də vətəndaşın müəyyən itkisi olur. Komisyon və faiz ödəmələri fonunda. Bu isə vətəndaşın borclanma sürətini artıran amillərdən biridir. Taksit kartlardan istifadənin digər təsiri isə dövriyyəyə əlavə vəsaitlərin daxil olması ilə bağlıdır. Bu da daxili tələbatın artmasına, o cümlədən sonda iqtisadiyyatın dinamikliyinə müsbət təsir göstərir. Sistemin mənfi təsiri isə odur ki, vətəndaş bu halda daha çox borclanır. Həmin borc da insanların maliyyədən asıllığını azaldır, onun maliyyə cəhətdən sərbəstliyinin qarşısını alır. Sonda da onların iqtisadi gözləntiləri, gələcək üçün planlaşdırdıqları nüanslar öz yerini tapmaya bilər. Nəticədə prosesin problemli kreditə çevrilməsi vəziyyəti yaranır.

Belədə sonda proses ümumi kreditləşmədə böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər”.

İqtisati Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə qeyd etdi ki, vətəndaş taksit kartının girovuna çevrilə bilmək təhlükəsi ilə üz-üzə qala bilər: “Taksit kartlarla kredit götürmə hallarının çoxalmasında reklam kampaniyasının düzgün aparılmasının özünəməxsus rolu vardır. Bu reklamlarda insanlara taksit kartları ilə istənilən malın alına bilinəcəyi və onun qiymətinin hissə-hissə ödənilməsi bildirilir. Bu zaman isə ödəmə qabiliyyəti məsələsi gündəmə gəlir. Çünki insanlar bəzən pulunun çatmadığı malı almaq istəyir və taksit kartı vasitəsilə onu hissə-hissə ödəyir. Prosesin mənfi tərəfi isə əksər hallarda insanların məlumatsızlıq və ya savadsızlıqdan imkanlarını düzgün qiymətləndirə bilməməsi səbəbindən yaranır. Vətəndaş taksit kartı götürən zaman öhdəliyə düzgün əməl etmədikdə son nəticə onun həmin kartın girovuna çevrilməsinə gətirib çıxarır. Yəni pulu qaytarmadıqda onun üzərinə faizlər gəlir. Belədə vətəndaşın ödəməli olduğu vəsait də həddən artıq şişir. Bu baxımdan düşünürəm ki, taksit kartları barədə məlumatların vətəndaşlara düzgün və dolğun şəkildə çatdırılması vacibdir. Deməli, insanlar bu istiqamətdə maariflənməlidir. Mərkəzi Bank da onları qadağan etmək deyil, düzgün məlumatın vətəndaşa çatdırılması istiqamətində nəzarəti gücləndirsə, yaxşıdır”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*