Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakının daşınmaz əmlak bazarında ucuzlaşma davam edəcək

Bakının daşınmaz əmlak bazarında ucuzlaşma davam edəcək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

2015-ci ildə mənzil bazarında qiymətlərin aşağı düşməsi qaçılmaz olacaq. AgahMedia.Com informasiya portalının ANS TV -yə istinadən məlumatına görə, aparılan araşdırmalar göstərir ki, ötən ilin son 4 ayında daşınmaz əmlak bazarında başlanan qiymət azalması bu il də davam edəcək. Mənzil bazarındakı ucuzlaşma bir sıra amillərlə izah olunur. Bu ilk növbədə bazara daxil olan pul kütləsinin və əhalinin gəlirlərinin azalması ilə bağlıdır. Digər tərəfdən dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi və rublun məzənnəsində kəskin enməsi də bazara təsir göstərib.

Nəticədə gəlirlərinin azalacağını gözləyən insanlar öz vəsaitlərini qoruyub saxlamağa məcbur olublar. Proqnozlara əsasən il ərzində daşınmaz əmlakın qiymətində ümumilikdə 6-8% ucuzlaşma olacaq. Alıcı azlığı satıcıları endirmə getməyə vadar edəcək.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, diskount əvvəlki illərdə 5-6% verilirdisə, bu gün 10-15% verilr. Onun sözlərinə görə yəni bazara 100 minlik təklif etdiyin mənzili gərək 85-88-ə satasan ki, onu alalar.

Qiymətlərin düşməsinin 2016-cı ildə də davam edəcəyi gözlənilir. Hazırki qiymətlərə gəlincə paytaxtın mərkəzində mənzillərin 1 kv metri 2900 dollara satılır. 2-ci zonada qiymətlər 1800-2000 manat, paytaxtın ətraf ərazilərində isə 1500-1800 manat arasında dəyişir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*