Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Bakı şəhərində yeni tikilən binalardakı mənzillərin qiymətləri …

Bakı şəhərində yeni tikilən binalardakı mənzillərin qiymətləri …

AgahMedia.Com informasiya portalı FED.Az saytına istinadən, hazırda, Bakıda inşa edilən və ya tiknitisi başa çatan, satışda olan binalardakı mənzillərin qiymətlərini təqdim edir. Məlumat üçün bildirək ki, qeyd edilən mənzillərdə ən kiçik 1 otaqlı mənzillərin sahəsi 36 kv metrdir. Yeni tikililərin avtomobil dayanağı üçün qiymətlər isə 600 manatdan 80 min manat arasındadır.

«Hünər Qüllələri»

Bakının ən tanınmış yaşayış kompleksi – «Hünər Group»un məşhur «Hünər Qüllələri» Ağ Şəhərdə yerləşir. Bakının ən prestijli komplekslərindən tanınan binada mənzillər kv metri 1780 manata təklif olunur. Bina mənzilləri kreditlə də alamq olar. Bu zaman 30% ilkin ödəniş etməklə qalan məbləği 36 aya da ödəmək olar. Kompleksdə mənzil əldə edənlər və sakinlər burada yaradılan 14 otaqlı istirahət, əyləncə və idman məkanlarından faydalana biləcəklər.

«Zirvə Park»

Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Zirvə Park” yaşayış kompleksi 2 bir bloklu 19 mərtəbəli binadan ibarətdir. Hər blokda 3 lift mövcüddur (1 yük və 2 sərnişin). Kompleksin hər mərtəbəsində 4-6 mənzil olmaqla, cəmi 187 mənzil mövcuddur. Kompleksdə 1, 2, 3 və 4 otaqlı gözəl mənzərəli mənzillər satılır və hər mənzilin layihəsi istəyə görə dəyişdirilə bilər. 19 mərtəbəli bina gələn ilin yayında təhvil veriləcək. Mənzillərin kv metri 1350-1500 manatdır. Mənzillər kreditlə verildikdə isə 30% ilkin ödənişlə 3 ilə aylıq 1400-1500 manata təklif olunur.

Elan: 8-ci Mikrorayonda 3 otaqlı, təmirli, “kupça”lı bina evi satılır… ⇒

«Sahil Residence»
«Sahil Residence» yaşayış kompleksi 1 ha ərazidə yerləşməklə 10 bloklu, 8 mərtəbəli iki korpusdan ibarət olan binadır. Cəmi 152 mənzil olmaqla, hər mərtəbədə 2-3 mənzil mövcuddur. Hər blokda 1 lift var. Kompleksdə 2, 3, 4 və 5 otaqlı mənzillər satılır və hər mənzilin layihəsi istəyə görə dəyişdirilə bilər. Mənzillər nağd və ya kreditlə alına bilər. Mənzillərin kvadratmetri 1600 manata təklif olunur. Bina gələn ilin sonu təhvil veriləcək. Kredit şərtləri isə 30% ilkin ödənişlə 24 ayadək kreditlə verilir.

«Nəsimi layihəsi»

“Olympus Park” şirkətinin bir neçə layihəsi var. Bunlardan biri Nəsimi Bazarının yerində inşa edilir. Bu layihə 4 binadan 2 bina 18 mərtəbə, 2-si isə 20 mərtəbəli tikilidən ibarətdir. Binalarda mənzillərin kvadratmetrinin qiyməti 1500-1650 manat arasında dəyişir. 20 mərtəbəli binalar iyulda təhvil veriləcək.
«28 May layihəsi»
Şirkətin digər layihəsi «28 May» metro stansiyasının ikinci çıxışında yerləşir. 18 mərtəbəli binanın hələlik 4 mərtəbəsi inşa edilib. Bu binada mənzillərin kv metri 1500-1600 manat arasında dəyişir.

«Səbail layihəsi»
Badamdar qəsəbəsində, Tofiq Məmmədov küçəsində, poçt şöbəsinin yaxınlığındadır. Bu qəsəbədə inşa edilən bina 18 mərtəbəlidir. Binada mənzillərin hər kv metri 1100-1200 manat təklif olunur.
«Butik 12»
«Olympus Park»ın «Butik 12» layihəsi 12 mərtəbədən və 50 mənzildən ibarətdir. Xüsusi 12 sot həyətindən ibarət premium bina Azadlıq metrosu ətrafında «Bolluq» bazarına yaxın ərazidə yerləşir. Binanın 7 mərtəbəsindən 6-sı artıq inşa edilib. Qeyd edilən binada mənzilin kvadratmetri 1150-1250 manata təklif olunur.

«Neftçilər layihəsi»
“Olmpus Park”ın digər bir binası 8-ci kilometrdə Xəzər Universitetinin arxasında yerləşir. Layihə 2 binadan ibarətdir – 14 mərtəbəli və 15 mərtəbəli. Təmirsiz binada mənzillərin kvadratmetri 1110 manatdan, təmirlidə isə 1250 manatdan təklif olunur. Təmirli mənzillərdə laminasiya, santexnika, emosiya işləri görülüb. Bütün mənzillər üçün çıxarış verilir. “Olympus Park”da kredit şərtləri isə ilkin ödəniş olaraq mənzilin 40-50% ödənməlidir. Qalan məbləğ isə 24 ay ərzində hissə-hissə ödənə bilər.

«Badamdar Residence»
Badamdar qəsəbəsində inşa edilən yeni layihələrdən biri də “Badamdar Residence”dir. Binanı “MWL” şirkəti inşa edir. Bina 18 mərtəbəlidir. Mənzillər təmirsiz təklif olunur, kvadratmetri 1100 manatadır.

«Bakıxanov Residence»
Şirkətin hazırda 2 layihəsi inşa edilir. Bunlardan biri Bakıxanov Qəsəbəsində yerləşən «Bakıxanov Residences»dir (Fire Land), digəri isə Həyat Residences 2 (Briliance Residence-2)dir. «Fire Land»də mənzillərin kvadratmetri 1100 manat, «Brilians Residence»də isə 950 manatdır.
Kreditlə «Fire Land»ə 50-70% ilkin ödəniş olmaqla kvadratmetr 1200-1170 manata, «Brillians Residence-2»də isə 1070-1000 manata mənzil almaq olar. Sənədi çıxarışdır, mənzillər təmirsizdir, bina hələ təhvil verilməyib.

«Terras Park»
Bakıxanov qəsəbəsində inşa edilən daha bir kompleks – «Teras Park» 1 ha ərazini əhatə edən səkkiz bloklu 23 mərtəbəli 5 korpusdan ibarət olan yaşayış kompleksidir. Hər mərtəbədə 4-5 mənzil olmaqla, kompleksdə cəmi 520 mənzil nəzərdə tutulub. Hər blokda 2 lift var (yük və sərnişin). Kompleksdə sərbəst planlaşdırma imkanı olan 1-6 otaqlı mənzillər və duplekslər nəzərdə tutulub. Bina 23 mərtəbəlidir. Mənzilin qiyməti kv metrinə görə, nağd satışda 1080 manat, kreditlə isə 1230 manata təklif olunur. 2020-nin avqustda bina tam təhvil veriləcək. Kredit şərtləri isə ilkin ödəniş olaraq 30% qalan məbləğ isə 60 aya kreditlə verilir.

«Pilot Residences»
«Pilot Residences» Nizami küçəsi, 4 ünvanında, Axundov bağının yaxınlığında yerləşir. 5 bloklu 12 mərtəbəli binadır. Mənzillərin kv metri 3 min manata təklif olunur. Mənzillər kreditlə də təklif olunur. Bu zaman isə 30% ilkin ödənişlə məbləğin qalanını 18-aya da ödəmək olar.

«Yeni Zığ Yaşayış Kompleksi»
«Yeni Zığ Yaşayış Kompleksi» Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 93-də yerləşir. Yaşayış kopmpleksi keçmiş trolleybus parkına yaxındır. Kompleksdən nağd mənzil alanlara evglərin kv metri 850 manata təklif olunur. Həmçinin yaşayış kopmpleksi sərfəli qiymətə mənzilləri kreditlə də təklif edir. 50% ilakin ödənişlə mənzilləri 900 manatdan, 30% ilkin ödənişlə isə 950 manatdan almaq olar. Yaşayış kompleksində 1 otaqlı mənzillərin sahəsi 59,40 kv metrdir. Bu mənzillər üçün ilkin ödəniş isə 16 929 manat təşkil edir.

«Paris Evləri»
«Paris Evləri» Bakının «Ağ şəhər» ərazisində, S. Vəzirov küçəsində yerləşir. Layihə 1 korpus, 9 blok, 7 mərtəbə , 132 mənzildən ibarətdir. Burada mənzillərin kvadratmetri 1600 manata təklif olunur. Mənzillər kreditlə ilkin ödənişi 30% olmaqla 18 aya təklif olunur.

«Park Avenue Residence»
«Park Avenue Residence» də «Ağ Şəhər»də, Qarabağ Atları Meydanının yaxınlığında inşa edilir. Ümumi sahəsi 1,5 hektar olan ərazidə inşa edilən 8 mərtəbəli yaşayış kompleksinə 161 mənzil daxildir. Qeyd edilən binada mənzillərin kv metri 1500 manata təklif olunur. Mənzillər təmirsizdir. Bina 2021-ci ildə təhvil veriləcək.

«Premium Badamdar»
“Premium Badamdar” yaşayış kompleksi 32 sot ərazidə yerləşən 3 bloklu 16 mərtəbəli binadır. Hər blokda 2 lift mövcüddur (yük və sərnişin). Kompleksin hər mərtəbəsində 6 mənzil olmaqla, cəmi 300 mənzil var. Kompleksdə 1, 2 və 3 otaqlı mənzillər satılır və hər mənzilin layihəsi istəyə görə dəyişdirilə bilər. Binada mənzillərin qiyməti 1150 manata təklif olunur. Kredit şərtlərinə gəlincə isə daxili kreditlər ilkin ödəniş 505 olmaqla qalan məbləği 12 aya ödəmək olar. Mənzillər müqavilə ilə təklif olunur.

«Bayıl» layihəsi
Bayıl qəsəbəsində «Dünya Göz» Klinikasının yaxınlığında yerləşir. Layihə hər biri 16 mərtəbəli olan 3 binadan ibarətdir. Layihənin tikintisi tam başa çatdırılıb. Bu kompleksdə mənzillərin kv metri 2500-3000 manat arasında dəyişir.

«Azadlıq – 1» layihəsi
«Azadlıq-1» layihəsi «Azadlıq» metro stansiyasının yaxınlığında yerləşir. Yaşayış kompleksində təklif edilən mənzillər təmirldir. Qeyd edilən binada mənzillərn kv metri 1760 manata təklif olunur. Bina 16 mərtəbə və mansarddan ibarətdir.

«Yeni Günəşli-1»
“Yeni Günəşli – 1” layihəsi təmirlidir. Kompleks Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin “D” yaşayış massivində yerləşir. Binalar təmirlidir, mənzillərin kvadratmetri 1230 manatdır.

«Memar Əcəmi-1»
Memar Əcəmi metrosunun yaxınlığında yerləşən bina 2 blok, 17 mərtəbə və mansarddan ibarətdir. Yaşayaış kopmpleksində ən az mənzillər iki otaqlı, sahəsi isə 94 kv metrdən başlayır . «Memar Əcəmi-1» layihəsində mənzillərin kv metri 1640 manata təklif olunur.

«9-cu mikrarayon layihəsi»
Binəqədi rayonu IX mikrorayon Mir Cəlal küçəsi 3169-cu məhəllədə yerləşən bu yaşayış kompleks «20 Yanvar» və «Memar Əcəmi» metro stansiyalarına yaxındır. Binada mənzillər təmirsizdir, qiyməti 1360 manatdır.

«Azadlıq prospekti» layihəsi
«Azadlıq prospekti» layihəsi Nəsimi rayonu Kaveroçkin küç 30 (ABŞ səfirliyinin yanı) yerləşir. Kompleksdə mənzillərin kv metri 1850 manata təklif olunur.

«İnqilab Residence»
Bakı şəhəri Həsən Əliyev küçəsində yerləşən kompleksdə mənzillər təmirldir. Sakinlər üçün 3 fərqli təmir stili (klassik, neoclassik və modern) təklif olunur.
Mənzillərin kvadratmetri 1 840 manatdır.

«Şərifzadə» layihəsi
Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan “Şərifzadə” layihəsinin yaxınlığında ASAN Xidmət, Musabəyov Parkı, Yasamal bazarının qalıqları və Rabitə qovşağı (ATS) yerləşir. Binada mənzillərin kvadratmetri 1730 manata təklif olunur.

«AAAF Park»
“AAAF Park” Yaşayış Kompleksində mənzillərin kvadratmetri nağd ödənişlə 450 manat, kreditlə 650 manatdır. Satılan mənzillərin yerləşdiyi binalar hazırda tikilməkdədir və şirkətdən bildirilir ki, bir ilə təhvil veriləcək. Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 29 kv metrdir. Kredit şərtləri ilkin ödəniş 20% olmaqla, 5 illikdir.

«Hillside Residence»
Bakının ilk «novostroyka»larından sayılan, Mehdi Hüseyn küçəsində, Millii Məclisin və «Alov Qüllələri»nin yaxınlığında yerləşən, vaxtilə BP-nin əməkdaşlarının yaşadığı binalardakı mənzillər bir neçə həftə əvvəl satışa açılıb. Burada hər biri 11 mərtəbə olan 4 bina və 80 mənzil var. Mənzillər təmirsizdir. Hər mənzil üçün əlavə olaraq avtomobil dayacağı verilir. Dayanacağın qiyməti 80 min manatdır. Mənzillərin qiyməti yerləşməsindən asılı olaraq 3000-4200 manat arasında dəyişir. Dənizə baxan mənzillər daha bahalıdır. Hələlik satışa yalnız 4 otaqlı mənzillər çıxarılıb, sahəsi 214 kvadratmetrdir.

Sizin paylaşım ve yorumlarınız (şərhləriniz) AgahMedia.Com portalı için önemlidir!...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*