Bakıda beynəlxalq arıçılıq konfransı keçiriləcək…
|
AgahMedia.Com informasiya portalının Kənd Təsərrüfatı Nazirliyindən aldığı məlumata görə, 26-27 yanvar 2019 – cu il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən Dubay International Oteldə V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.
Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.
Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcək.
Əlavə məlumatı www.konfransari.com internet səhifəsindən almaq olar.
Bu kontentin portalımızda yayınladığı tarix : 17/01/2019Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒