Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda əhali ən çox ərzağa pul xərcləyir

Azərbaycanda əhali ən çox ərzağa pul xərcləyir

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmiAgahMedia.Com informasiya portalının Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, 2014-cü ilin yanvar-iyul aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 11,8 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əmtəə satılıb. İstehlak mallarının 50,5 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 49,5 faizini qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,3 faiz bəndi artıb.
Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyul aylarına nisbətən 10,2 faiz artaraq 1,5 milyon manat təşkil edib. Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,3 faizini hüquqi, 21,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,3 faizini qeyri-ərzaq malları təşkil edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*