Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanlı rejissorun filmi “Oskar” mükafatına təqdim olundu

Azərbaycanlı rejissorun filmi “Oskar” mükafatına təqdim olundu

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, “Oskar” Milli Komitəsinin üzvü Əli İsa Cabbarov bildirib ki, “Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Buta” filmi ilkin mərhələdən uğurla keçib, beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib. “Buta” filmi artıq “Oskar”ın ilkin siyahısına daxil edilib. Bu siyahıda 40 film var.
Növbəti mərhələyə 12, son mərhələyə isə beş film keçəcək. Növbəti mərhələnin yekunları dekabr ayında açıqlanacaq.
“Buta” filmi artıq Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib.
Film 2011-ci ildə Asiya-Sakit Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olmuş, Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən festivalın “Qran-pri” mükafatını və ABŞ-ın “World Fest – Houston International” film festivalında “Platinum Remi” mükafatını qazanıb. Bundan əlavə, həmin ekran əsəri “Humay” milli mükafatının da laureatı olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*