AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Azerbaycan_ve_Turkiye_Bayraklari

Son on ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 14 dəfə artıb. Bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Zəfər Çağlayan iki ölkə arasında ticarət dövriyyəsinin keçən il 4,2 milyard dollar olduğunu qeyd edib. Z.Çağlayan iki ölkə arasında ticarət əlaqələrinin daha da artması üçün işlər görülməli olduğunu və işadamlarının önündəki əngəllərin qalxmasının vacibliyini vurğulayıb.O, türk şirkətlərinin Azərbaycana 7 milyard dollar sərmayə yatırdıqlarını bildirib.
Nazir azərbaycanlı iş adamlarının isə SOCAR və Petkim nəzərə alınmaqla Türkiyədə yatırdıqları sərmayənin 10 milyard dollar olduğunu qeyd edib.

Z.Çağlayanın sözlərinə görə, bu ilin beş ayında tikinti sahəsində çalışan türk işadamları Azərbaycanda 3 layihədə 1,3 milyard dollarlıq həcmdə iş görüblər.

Yorum Gönderin

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir