Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayə sahəsində Türkiyə birinci yerdədir

Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayə sahəsində Türkiyə birinci yerdədir

Bakıda “Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf” mövzusunda keçirilən Türkiyə-Azərbaycan əməkdaşlıq konfransında bildirilib ki, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyatının 71 %-ni təşkil edir. AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, tədbirdə qeyd olunub ki, Azərbaycanda 1000-dən çox Türk şirkəti fəaliyyət göstərir. 2002-ci ildən etibarən bu şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 2 milyard dollar sərmayə qoyulub. Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Dövlət planlama təşkilatının xarici əlaqələr baş idarəsinin müdiri Mətin Ekerin deyib ki, Azərbacanın qeyri-neft sektoruna qoyulan sərmayənin həcminə görə, Türkiyə birinci yerdədir. Konfransda Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqənin dinamik inkişafında Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsinin də mühüm rol oynayacağı vurğulanıb.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*