Home » Sosial, Texno, Ümumi » Azərbaycanda nikah rəsmiləşdirilməsi üçün olan müraciətlər internet vasitəsilə də qəbul ediləcək

Azərbaycanda nikah rəsmiləşdirilməsi üçün olan müraciətlər internet vasitəsilə də qəbul ediləcək

Azərbaycanda nikah bağlamaq istəyənlər Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanına elektron qaydada müraciət edə bilərlər. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, Ədliyyə Nazirliyindən “Trend”ə bildirilib ki, nikah bağlamaq istəyən şəxslər nazirliyin internet saytında (www.justice.gov.az) Elektron xidmətlər bölməsində elektron xidmətlər portalına daxil olmalıdırlar. Onlar portalda “Vətəndaşlıq vəziyyəti” bölməsinə girib, nikahın bağlanması üçün elektron müraciəti doldurmalıdırlar.
Portal vasitəsilə vətəndaşlıq vəziyyəti orqanlarının dövlət qeydiyyatı ilə bağlı tələb olunan sənədlər, rüsumlar, qeydiyyat orqanlarının ünvanları, telefon nömrələri, qeydiyyat orqanlarına elektron qaydada qəbula yazılış, adların seçimi, adlar haqqında məlumat, ən populyar adlar və onların statistikası barədə məlumatlar da əldə edə bilərlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*