Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycanda “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanda “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı keçiriləcək

AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, iyunun 28-dən iyulun 1-dək Bakı şəhərində “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçiriləcək festivala Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, Ukrayna, Norveç, Polşa, Hindistan, Cənubi Koreya və digər ölkələrdən iştirakçılar qatılacaq. Festival çərçivəsində Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Cavad Tağızadənin “Xalçanın musiqi sehri” adlı multimedia layihəsinin təqdimatı, Azərbaycan Bəstəkarlar İttifaqında etno-caz konserti, Şirvanşahlar sarayında Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operasının nümayişi keçiriləcək.  Eyni zamanda Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə Şopen, List və Qara Qarayevin fortepiano əsərlərindən ibarət konsert, Amaan Əli Xanın rəhbərliyi ilə “Sarod” ansamblının (Hindistan), Ukraynanın “Rikoşet” simli kvartetinin, Azərbaycan Dövlət Qədim musiqi alətləri ansamblının – Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının iştirakı ilə konsertlər baş tutacaq. Bakının ev sahibliyi edəcəyi beynəlxalq festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına konsert salonunda pianoçu Stanislav Deyanın ustad dərsləri də planlaşdırılır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*