Azərbaycan filmi “California Film Awards”ın nominatı oldu
|
|
Azərbaycanın “Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” (The Precinct) bədii filmi (ssenari müəllifi və rejissor İlqar Safat) ABŞ-dakı “2011 California Film Awards”ın qızıl mükafat nominantları sırasına daxil olub. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, məşhur yarışmada Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina və digər dövlətlərin kinematoqrafiya işləri də iştirak edəcək.
“2011 California Film Awards”in təntənəli mükafatlandırma mərasimi 2012-ci ilin yanvarın 28-də Kaliforniyanın San-Diyeqo şəhərində olacaq. Bu mərasim zamanı “2011 California Film Awards”ın bütün qaliblərinin adları acıqlanacaq.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒