Home » Şou biznes və Mədəniyyət, Ümumi » Azərbaycan Beynəlxalq Kino Festivalda iştirak edəcək

Azərbaycan Beynəlxalq Kino Festivalda iştirak edəcək

Noyabrın 1-dən 5-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Bilik aləmi” Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunacaq. AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən məlumatına görə, müxtəlif ölkələrin qatılacağı festivalda Azərbaycandan iki film – “Təxəllüsü Mixaylo” və “Azərbaycan xalçası” nümayiş olunacaq. “Təxəllüsü Mixaylo” “Salnamə” kinostudiyasında, “Azərbaycan xalçası” isə “Yaddaş” studiyasında istehsal olunub. “Təxəllüsü Mixaylo” filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Tahir Əliyev, “Azərbaycan xalçası” filminin ssenari müəllifi Aydın Talıbzadə, rejissoru Şamil Əliyevdir.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*